Ceyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ

23:24 30.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

 

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub:

 

“Hər zaman bir yerdə, bir millət iki dövlət”, - nazir tviterdəki səhifəsində yazıb.

Siyasət rubrikasından digər xəbərlər